​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 Noyabr , 2015 14:21
​Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əliyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Əhmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Əhmədov Astaradan külli miqdarda narkotik maddəni Bakıya gətirərkən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi