Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
13 Oktyabr , 2016 16:44
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Sultan Musayev və Hacı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Musayev 7 il 6 ay və H.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi