Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Avqust , 2016 13:17
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Əmrah Mövludovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Mövludov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il fevral ayında Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini Əmrah Mövludov tutulub. Həmin şəxsdən 9 kiloqram 250 qram marixuana götürülüb.

O, Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi