Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub Cavid Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Sentyabr , 2016 14:41
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub
Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Cavid Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə C.Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Rzayev Cavid Əlirza oğlu saxlanılıb. Onun üzərindən 63.547 qram narkotik vasitə olan heroin aşkar edilib. C.Rzayev Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi