​Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

​Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
16 Mart , 2016 16:43
​Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 16 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Çingiz Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ç.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ç.Abbasov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparılarkən narkotik maddə aşkarlanıb. Ç.Abbasov Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi