Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslə bağlı apellyasiya protestinə baxılıb

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslə bağlı apellyasiya protestinə baxılıb Baş Prokurorluğun apellyasiya protesti təmin edilməyib
Hadisə
10 Mart , 2016 09:33
Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən şəxslə bağlı apellyasiya protestinə baxılıb

Bakı. 10 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən İmanverdiyev Ayaz Mikayıl oğlu barəsində olan hökmdən verilmiş apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Baş Prokurorluğun apellyasiya protesti təmin edilməyib.

Qeyd edək ki, A.İmanverdiyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsində onun təqsirli olması sübuta yetirilmədiyi üçün A.İmanverdiyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi