Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Rasim Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il yanvar ayında Abşeron Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsidə Cəlilabad rayon sakini 42 yaşlı R.Əliyev Xırdalan şəhəri ərazisində gizlədilən 10 kiloqramdan artıq narkotik vasitəni götürərkən saxlanılıb. Rayon polis idarəsinə gətirilən şəxsin əlindəki qara rəngli sellofan torbadan 7,5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana çıxıb.
O, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunub.