​Sumqayıt sakinindən yarım kiloqrama qədər narkotik maddə götürülüb

​Sumqayıt sakinindən yarım kiloqrama qədər narkotik maddə götürülüb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Sentyabr , 2015 11:05
​Sumqayıt sakinindən yarım kiloqrama qədər narkotik maddə götürülüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakinindən narkotik maddə götürülüb.

"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Vüqar Həsənağa oğlu Həmidovdan 480 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi