Bakı. 11 yanvar. REPORT.AZ/ Sabunçu rayonunun Nardaran qəsəbəsində yeni yaradılan 42-ci polis bölməsinin əməkdaşları artıq bir neçə əməliyyat keçirib.
“Report” xəbər verir ki, əməliyyat zamanı qəsəbə sakini, 1961-ci il təvəllüdlü İlqar Abdullayevdən 1 ədəd bıçaq götürülüb.
Digər bir əməliyyat zamanı isə qəsəbənin Ş.Tuti küçəsində yol kənarından 18 ədəd kustar üsulla hazırlanmış bıçaq, 1 ədəd süngü bıçağı və 19 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.