Nardaranda bağ evlərinin birində çətənə kolları aşkarlanıb

Nardaranda bağ evlərinin birində çətənə kolları aşkarlanıb Əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçirib
Hadisə
16 İyun , 2016 12:39
Nardaranda bağ evlərinin birində çətənə kolları aşkarlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ Nardaranda bağ evlərinin birində yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində olan bağ evlərinin birində bağban işləyən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məhəmmədəli Sədullayevin həmin evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi 160 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi