Nardaranda aparılan təmir-tikinti işləri zamanı fəhlə ölüb

Nardaranda aparılan təmir-tikinti işləri zamanı fəhlə ölüb Şərur rayon sakini Pərviz Əliyev "CSB" markalı traktorla manevr edərkən traktorun çalovu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib
Hadisə
8 Fevral , 2016 14:59
Nardaranda aparılan təmir-tikinti işləri zamanı fəhlə ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aparılan təmir-tikinti işləri zamanı Şərur rayon sakini Pərviz Əliyev "CSB" markalı traktorla manevr edərkən traktorun çalovu orada fəhlə işləyən Bakı şəhər sakini Araz Hümbətova dəyib. A.Hümbətov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi