Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
23 Sentyabr , 2016 19:27
Nardaran hadisələrinə görə tutulan şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bu barədə "Report"a N.Qəhrəmanovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də Nəsimi Rayon Məhkəməsində N.Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib, sonradan həbs qətimkan tədbirinin müddəti artırılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə məhkəməsi keçirilir.

N.Qəhrəmanlı və digər şəxslərin cinayət işi üzrə istintaqı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi