​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti üzrə qərar elan olunub

​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti üzrə qərar elan olunub Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
14 Mart , 2016 18:01
​Nardaran hadisələrinə görə Lənkəranda tutulan şəxsin apellyasiya şikayəti üzrə qərar elan olunub

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı Lənkəranda saxlanılan Ağayev Elman Seydəmir oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığ ilə əvəz edilməsinə dair Nərimanova Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Ağayevin apellyasiya şikayəti təmin edilməyib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, 2015-ci il noyabrın 26-da DİN tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Taleh Bağırov başda olmaqla cinayətkar dəstənin onlarla üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Xatırladaq ki, E.Ağayev Nardaran hadisələri ilə bağlı Lənkəran şəhərində həbs edilib.

Son xəbərlər

Orphus sistemi