Nahid Qəhrəmanov: "Əfv sərəncamında adımın olmasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm"

Nahid Qəhrəmanov: "Əfv sərəncamında adımın olmasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm" O, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə saxlanılıb
Hadisə
30 Dekabr , 2014 18:56
Nahid Qəhrəmanov: Əfv sərəncamında adımın olmasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Nahid Qəhrəmanova da şamil edilib. "Report" xəbər verir ki, N.Qəhrəmanov əfv sərəncamında adının olduğuna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, Nahid Qəhrəmanov 2012-ci il oktyabrın 5-də Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham elan olunub. N.Qəhrəmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi