Naftalan rayonunda yanğın baş verib

Naftalan rayonunda yanğın baş verib Hadisə Qaşaltı kəndində qeydə alınıb
Hadisə
1 Mart , 2015 07:33
Naftalan rayonunda yanğın baş verib

Bakı. 1 Mart. REPORT.AZ/ Naftalan rayonunda yanğın baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Qaşaltı kəndində (rayon mərkəzindən 7 km aralı) qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 500 kiloqram ot bağlaması yanıb.

köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi