​Nabranda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

​Nabranda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib
Hadisə
2 Mart , 2016 15:13
​Nabranda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində baş verib. 20 yaşlı Hüseyn Rüstəmov və Ramin Abbaslı Nabranda tələbə yoldaşları ilə birgə istirahətdə olarkən taksi sürücüsü olan Famil Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb taksi sürücüsünün onlardan əlavə pul tələb etməsi olub. Nəticədə həmin şəxslər F.Məmmədovu qətlə yetiriblər. Hadisədən sonra R.Abbaslı və H.Rüstəmov saxlanılıb.

H.Rüstəmov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və R.Abbaslı isə 221-ci (xuliqanlıq) maddəsi ittiham edilib.

Son xəbərlər

Orphus sistemi