Nabranda baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb - VİDEO

Nabranda baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb - VİDEO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Noyabr , 2015 15:03
Nabranda baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb - VİDEO

Bakı. 18 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda baş verən kütləvi davada 3 nəfər bıçaqlanıb. "Report"un məlumatına görə, hadisə rayonun Nabran qəsəbəsində qeydə alınıb. 

Baş verən kütləvi davada bıçaqlanan Nabran qəsəbə sakinləri - 27 yaşlı Famil İsayev, 39 yaşlı Samir Səmədov və 38 yaşlı Robert Məmmədəliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan "Report"a bildirilib ki, F.İsayev və S.Səmədov qarının ön divarının kəsilmiş-deşilmiş yarası, Robert Məmmədəliyev isə sağ saidin kəsilmiş yarası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib: "Yaralılar əməliyyat olunub və vəziyyətləri orta-ağır olaraq qalır". 

Xaçmaz Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb: "Hadisənin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi məlum deyil. Polis şöbəsində əməliyyat qrupu yaradılıb, araşdırmalar davam etdirilir".

Son xəbərlər

Orphus sistemi