​“Müsəlman birliyi hərəkatı”nın sədr müavininin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib

​“Müsəlman birliyi hərəkatı”nın sədr müavininin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib Apellyasiya şikayəti noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib
Hadisə
13 Noyabr , 2015 10:06
​“Müsəlman birliyi hərəkatı”nın sədr müavininin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verilib

Bakı. 12 noyabr. REPORT.AZ/ “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu barədə “Report”a onun vəkili Cavad Cavadov bildirib. Vəkil bildirib ki, apellyasiya şikayəti noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, noyabrın 5-də Sabunçu rayonu ərazisində ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə, Bakı şəhər sakini Elçin Qasımov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati həbs cəzası alıb.

Son xəbərlər

Orphus sistemi