​Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı iddiası üzrə məhkəmə qərarı elan edilib

​Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı iddiası üzrə məhkəmə qərarı elan edilib Qərara əsasən, iddia təmin edilməyib
Hadisə
3 Fevral , 2016 12:03
​Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı iddiası üzrə məhkəmə qərarı elan edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bu barədə "Report"a Müsavat Partiyasının hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli məlumat verib.

O bildirib ki, hakim Akif Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin edilməyib.

Qeyd edək ki, Müsavat Partiyası N.Həmzəyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə verib. Partiya deputatın Rəsulzadəni təhqir etdiyini bildirib. Deputat isə bu iddiaları qəbul etmir.

Partiya məhkəmədən deputatın ölkə mətbuatında Azərbaycan xalqından və M.Ə.Rəsulzadənin ailə üzvlərindən üzr istəməsi barədə qətnamə çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi