​Moskvada selfi çəkən gənc qız körpüdən yıxılaraq həlak olub

​Moskvada selfi çəkən gənc qız körpüdən yıxılaraq həlak olub Qız dostları ilə şəkil çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb
Hadisə
4 İyul , 2015 12:42
​Moskvada selfi çəkən gənc qız körpüdən yıxılaraq həlak olub

Bakı. 4 iyul. REPORT.AZ/ Gənc qız Moskva-Siti Beynəlxalq kompleksi qarşısında dostları ilə şəkil çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb.

"Report" TAAS-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə şənbə gününə keçən gecə Testovskaya küçəsi və Moskvanın Üçüncü dairəvi yolun kəsişməsindəki estakadada baş verib.

İlkin məlumatlara görə, qız dostları ilə selfi çəkdirən zaman müvazinətini itirərək körpüdən yerə yıxılıb. Aldığı xəsarətlərdən o, hadisə yerində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi