Bakı. 1 iyul. REPORT.AZ/ Moskvanın Domodedovo ərazisində baş verən dava nəticəsində üç Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.
"Report" agentliyi "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya
"Çərşənbə axşamı, gecə saat iki radələrində Moskva vilayəti Domodedovo rayonu Sonino kəndində yerli mağazanın yaxınlığında təxminən on nəfərin iştirakı ilə dava baş verib. Bunun nəticəsində biri həddi-buluğa çatmayan şəxs olmaqla, üç Azərbaycan vətəndaşı və bir nəfər Özbəkistandan Moskvaya gələn şəxs xəstəxanaya yerləşdirilib", - mətbuat mərkəzindən bildirilib.
Əldə olunan məlumata görə, zərərçəkmişlər bildiriblər ki, onların beş-altı naməlum şəxslərlə mübahisələri düşüb. Sonradan bu mübahisə davaya çevrilib və naməlum şəxslər bıçağa əl atıblar. Hücum edən şəxslər hadisə yerindən qaçmağa müvəffəq olublar.