Moskvada Azərbaycan vətəndaşına hücum etmiş rusiyalı sabiq məmura qarşı cinayət işi açılıb

Moskvada Azərbaycan vətəndaşına hücum etmiş rusiyalı sabiq məmura qarşı cinayət işi açılıb Rusiya İstintaq Komitəsinin sabiq əməkdaşı içkili vəziyyətdə yoldan keçən Xaliq Süleymanova hücum edib
Hadisə
14 Mart , 2016 18:10
Moskvada Azərbaycan vətəndaşına hücum etmiş rusiyalı sabiq məmura qarşı cinayət işi açılıb

Bakı. 14 mart. REPORT.AZ/ Moskvada Rusiya İstintaq Komitəsinin keçmiş əməkdaşı, yoldan keçən Azərbaycan vətəndaşını öldürməyə cəhddə şübhəli bilinən Vitali Qurovskiyə qarşı cinayət işi açılıb.

"Report" "LifeNews"a istinadən xəbər verir ki, V.Qurovski istintaqın onun ötən ilin payızında "Orxan" kafesində yaxınlığında sərxoş vəziyyətdə yoldan keçən Azərbaycan vətəndaşı Xaliq Süleymanova hücum etməsi qənaətinə gəlməsindən sonra Rusiya İstintaq Komitəsindəki işindən qovulub.

Müstəntiqə ərizəni Azərbaycan vətəndaşı Xaliq Süleymanov yazıb. Nəzarət kameralarındakı görüntülərə görə, V.Qurovski avtomobilinə tərəf gedib salondan səsboğucu ilə birlikdə tapança götürür və iti addımlarla oradan keçən X.Suleymanovun ardınca gedir.

Qurovski ilə Süleymanovun əlbəyaxa davasının özü kameranın görüntü zonasına düşməyib. İK-nın sabiq üzvünün ifadəsinə görə, o, elə öz tapançasıyla döyülüb. Özü də həkimlər zərərçəkənə üzün yumşaq toxumalarının ciddi xəsarəti diaqnozu qoyub.

Xaliq Süleymanov isə silahlı şəxsin hücumundan müdafiə olunduğunu, zərbələri isə qarşı tərəfin əlindəki silahı yerə atmasına çalışmasıyla izah edib.

Nəticədə insidentin hər iki iştirakçısına qarşı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi