​Moskvada 1 nəfəri öldürən, 2-sini yaralayan Azərbaycan vətəndaşlarına 18 il həbs cəzası verilib

​Moskvada 1 nəfəri öldürən, 2-sini yaralayan Azərbaycan vətəndaşlarına 18 il həbs cəzası verilib Bunlar Əbuzər Abdullayev və Etibar Həsənovdur
Hadisə
17 İyun , 2016 07:26
​Moskvada 1 nəfəri öldürən, 2-sini yaralayan Azərbaycan vətəndaşlarına 18 il həbs cəzası verilib

Bakı. 17 iyun. REPORT.AZ/ İyunun 16-da Moskva Şəhər Məhkəməsi iki Azərbaycan vətəndaşı – 44 yaşlı Əbuzər Abdullayev və 26 yaşlı Etibar Həsənov barəsində cinayət işi üzrə hökm çıxarıb.

"Report" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən xəbər verir ki, onlar bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq ümumtəhlükəli üsul ilə qətl törətmə, odlu silah və döyüş sursatı saxlamaq və gəzdirmək, həmçinin digər cinayətlərə görə məhkum ediliblər.

Müəyyən edilib ki, 15 dekabr 2014-cü il tarixində Abdullayev cinayət yoldaşları ilə Vilnüs küçəsində yerləşən "Şərq nağılı" kafesinə gəlib. Onlar qeyri-müəyyən əşyanın köməkliyi ilə içərisində 18 min rublun olduğu oyun terminalının ağzını açmağa başlayıblar. Lakin terminalın etibarlılığı səbəbindən onu açmaq və pul vəsaitini oğurlamaq mümkün olmayıb.

Kafe sahibinin onu qırmağa çalışanları axtardığını bilən Abdullayev onu və ətrafındakıları öldürmək qərarına gəlib və bu məqsədlə işə tanışı Həsənovu cəlb edib.

Dekabrın 16-na keçən gecə Abdullayev və Həsənov odlu silahla silahlanaraq göstərilən ünvanda yerləşən kafeyə gəlib. Müəssisə sahibi və ətrafındakılarla davam edən qısa müddətli münaqişədən sonra onların hər biri kafedə olan insanlar istiqamətində ən azı 3 dəfə atəş açıblar.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər ağır, 1 nəfər isə yüngül bədən xəsarəti alıb.

Onlar hadisəni törətdikdən sonra ibtidai istinataq orqanlarından gizləniblər və barələrində beynəlxalq axtarış elan olunub.

Həsənov Stavropol diyarının Pyatiqorsk şəhərində saxlanılan zaman onun üzərində "Sayqa-410K" karabini və istifadəyə yararlı 30 ədəd güllə aşkar olunub.

Son xəbərlər

Orphus sistemi