​Moskva-Gəncə təyyarəsinin sərnişinində soyuq silah aşkarlanıb

​Moskva-Gəncə təyyarəsinin sərnişinində soyuq silah aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
27 İyul , 2016 14:14
​Moskva-Gəncə təyyarəsinin sərnişinində soyuq silah aşkarlanıb

Bakı. 27 iyul. REPORT.AZ/ Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşının çantasından ov bıçağı aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sərnişin gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda bıçağın təsvirləri əks olunduğuna görə, müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi