Moldovanın birinci xanımı Bakıdakı faciə ilə əlaqədar başsağlığı verib

Moldovanın birinci xanımı Bakıdakı faciə ilə əlaqədar başsağlığı verib Marqarita Timofti: "Bakıdakı faciə məni dərindən sarsıtdı"
Hadisə
21 May , 2015 13:54
Moldovanın birinci xanımı Bakıdakı faciə ilə əlaqədar başsağlığı verib

Bakı. 21 may. REPORT.AZ/ Moldovanın birinci xanımı Marqarita Timofti Bakıda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin ailələrinə başsağlığı verib. Bu barədə "Report" xəbər verir.

"Bakıda baş verən faciə məni dərindən sarsıtdı", - birinci xanım Moldovanın Azərbaycandakı səfirliyi ilə telefon danışığı zamanı bildirib. 

Marqarita Timofti həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səmimi sözlərini çatdırmağı xahiş edib. O vurğulayıb ki, M.Əliyevanın zərif və xeyirxah bir insan olduğunu bilərək, onun ağrı və kədərini anlayır və bölüşür. 

Moldovanın birinci xanımı başda ölkə prezidenti olmaqla, Azərbaycan xalqının bu sınaqdan da çıxacağına əminliyini bildirib. 

Son xəbərlər

Orphus sistemi