​Misirdə baş vermiş avtomobil qəzasında 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb

​Misirdə baş vermiş avtomobil qəzasında 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb Hadisəyə səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub
Hadisə
15 İyun , 2016 20:50
​Misirdə baş vermiş avtomobil qəzasında 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb

Bakı. 15 iyun. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında baş vermiş ağır yol qəzası zamanı 7 nəfər ölüb, 22 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Yaum əs-Sabia" xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə yük avtomobili iki mikroavtobus və bir minik avtomobili ilə toqquşub.

Yaralılar xəstəxanalara yerləşdiriliblər. Yük avtomobilinin sürücüsü tutulub.

Son xəbərlər

Orphus sistemi