​Minskdə azərbaycanlı tələbənin qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb

​Minskdə azərbaycanlı tələbənin qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb İki belaruslu qətli gizlətmək üçün həmyerlimizin avtomobilini qaçırdıb
Hadisə
23 May , 2015 08:57
​Minskdə azərbaycanlı tələbənin qətli ilə bağlı cinayət işinin istintaqı başa çatıb

Bakı. 23 may. REPORT.AZ/ İki Belarus vətəndaşı törətdiyi cinayətin izini itirmək üçün qətlə yetirilən gənc oğlanın avtomobilini qaçırdıb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, 2014-cü ilin noyabrında Minskdə yaşayan Azərbaycan əsilli sahibkar 24 yaşlı qardaşı oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

Gənc oğlan universitetdə təhsil alıb, barmenlik və işlənmiş maşınların alqı-satqısı ilə məşğul olub.

Minskin Cinayət Axtarış İdarəsinin əməkdaşları tələbəyə məxsus olan "Volkswagen Golf" markalı avtomobili tapmağa müvəffəq olublar. Maşının salonuna baxış zamanı qan ləkəsi tapılıb və bu, sözügedən şəxsin yoxa çıxmasının kriminal xarakterli olması barədə düşünməyə əsas verib.

Hadisə ilə bağlı şübhəli şəxs qismində 35 yaşlı Minsk sakini və 30 yaşlı şəxs saxlanılıb. Qətlə yetirilən onların ortağı olub. Məlum olub ki, gənc oğlan ümumi pulu təkbaşına xərcləyib, ortaqlar arasında mübahisə düşüb və onlardan biri azərbaycanlının ürək nahiyəsinə bıçaq zərbəsi endirib.

Hadisə avtomobilin salonunda baş verib. Ortaqlar meyiti Qlubokski rayonuna apararaq orada gölün sahilində torpağa basdırıblar.

Saxlanılan şəxslərə qarşı Belarusun Cinayət Məcəlləsinin "Qətl", "Bir qrup şəxsin qabaqcadan əlbir olaraq nəqliyyat vasitəsini qaçırması", "Xüsusi ağır cinayət törətmiş şəxsin, cinayət alətinin və cinayət izinin əvvəlcədən vəd edilərək gizlədilməsi" maddələri üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi