Mingəçevirdə Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi öldürülüb

Mingəçevirdə Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi öldürülüb Hadisəni törədən Pərviz Vəliyev könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub
Hadisə
5 Noyabr , 2015 16:01
Mingəçevirdə Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi öldürülüb

Bakı. 5 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində ağır qətl hadisəsi törədilib. "Report" xəbər verir ki, hadisə şəhərinin Heydər Əliyev prospektində yeraltı keçidin qarşısında baş verib. 

Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Pərviz İsrafil oğlu Vəliyevlə şəxsi münasibətlər zəminində Mingəçevir sakini, şəhərin Gigiyena və Epidemiologiya Mərkəzinin işçisi olan 1973-cü il təvəllüdlü Yeganə Mustafayeva arasında mübahisə düşüb. P.Vəliyev qəfildən bıçaqla qadının ürək nayihəsinə zərbə endirib. 

Ağır yaralanan Yeganə Mustafayeva hadisənin şahidi olan şəhər sakinlərinin köməyi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyat otağına aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Pərviz Vəliyev könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub.

Son xəbərlər

Orphus sistemi