​Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb

​Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb Hadisə Elçin Məsimov qoyun otaran zaman baş verib
Hadisə
29 Noyabr , 2015 19:20
​Mingəçevirdə canavar gənc oğlanı ağır yaralayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində qoyun otaran gənc oğlana canavar hücum edib.

"Report" xəbər verir ki, nəticədə şəhərin Turbaza adlanan ərazisində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1992-ci il təvəllüdlü Məsimov Elçin Xəlil oğlu ağır bədən xəsarətləri alıb.

Həkimlər xəstəxanaya yerləşdirilən gəncin vəziyyətini ağır qiymətləndirirlər.

Məlumata görə, Elçin Məsimov baş nahiyəsindən xəsarət alıb. Canavar eyni zamanda 4 qoyunu parçalayıb.

Son xəbərlər

Orphus sistemi