​Mingəçevirdə başı boruya keçmiş uşaq xilas edilib

​Mingəçevirdə başı boruya keçmiş uşaq xilas edilib O, həkimlərə təhvil verilib
Hadisə
15 Aprel , 2015 21:40
​Mingəçevirdə başı boruya keçmiş uşaq xilas edilib

Bakı. 15 aprel. REPORT.AZ/ Mingəçevirdə azyaşlı uşaq başını diametri 150 mm olan asbest borunun içərisinə keçirdərək köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, şəhər Mərkəzi xəstəxanasından, Fövqəladə Hallar Nazirliyinin “101” qaynar telefon xidmətinə daxil olmuş məlumata əsasən, hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə azyaşlıya müvafiq köməklik göstəriblər.

Uşaq daha sonra həkimlərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi