​Mingəçevirdə 57 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb

​Mingəçevirdə 57 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb Şəhər sakininin yataq xəstəsi olduğu bildirilir
Hadisə
4 İyul , 2015 23:58
​Mingəçevirdə 57 yaşlı qadın evində ölmüş vəziyyətdə tapılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Mingəçevir şəhərində mənzildə yataq xəstəsi olan bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açaraq 1958-ci il təvəllüdlü Bayrmova Məleykə Abdulxəlil qızının meyitini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi