“MilliÖn”dən pul oğurlayan və polis əməkdaşını yaralayan şəxslərin apellyasiya şikayətinə baxılıb

“MilliÖn”dən pul oğurlayan və polis əməkdaşını yaralayan şəxslərin apellyasiya şikayətinə baxılıb Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib
Hadisə
17 Sentyabr , 2016 09:47
“MilliÖn”dən pul oğurlayan və polis əməkdaşını yaralayan şəxslərin apellyasiya şikayətinə baxılıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində adam öldürməyə cəhd etməkdə və oğurluqda təqsirləndirilən Yevgeni Antonovski, Andrey Pavlenko və Fərqamət Qasımov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Y.Antonovski, A.Pavlenko və F.Qasımov 2015-ci ildə Xocalı prospektində quraşdırılmış “MilliÖn” ödəmə terminalından 1 100 manat oğurlayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı həmin şəxslərdən Y.Antonovski polisə atəş açıb. Polis əməkdaşlarından biri ağır yaralanıb.

Y.Antonovski Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirm, təkrar törədildikdə), 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə), 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 29, 120.2.3-ci (qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəld) və A.Pavlenko ilə F.Qasımov isə CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Antonovski 17 il, A.Pavlenko ilə F.Qasımovun isə hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi