Meyitləri tapılan daha 4 neftçinin kimliyi müəyyənləşib

Meyitləri tapılan daha 4 neftçinin kimliyi müəyyənləşib Cəsədlər aidiyyəti üzrə təhvil verilib
Hadisə
7 Dekabr , 2015 19:27
Meyitləri tapılan daha 4 neftçinin kimliyi müəyyənləşib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu gün meyitləri tapılan daha 4 neftçinin kimliyi müəyyənləşib. 

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Quliyev Fəxrəddin Xancan oğlu, Babayev Mikayıl İsmayıl oğlu, Mayılov Samir Cahangir oğlu və İsgəndərov Habil Tağı oğlunun cəsədləridir.

Məlumatda qeyd olunub ki, dekabrın 7-də FHN-in helikopterləri qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb və sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Bunlardan ikisinin kimliyi - Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlu - əvvəlcədən müəyyənləşdirilmişdi.  

Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi