“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib

“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib Zəhərlənən 15 nəfər Kliniki Tibbi Mərkəzinə yerləşdirilib
Hadisə
12 Aprel , 2015 17:04
“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib

Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda yerləşən "Metropark" Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə ticarət mərkəzinin qazanxana hissəsində yaranmış qəza nəticəsində meydana gəlib.

Zəhərlənən 15 nəfər Kliniki Tibbi Mərkəzinə (KTM) yerləşdirilib. Bu barədə "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

A.Maqsudov deyib ki, zəhərlənmənin dəqiq səbəblərinin araşdırılır. Zərərçəkənlərdən bir qisminin vəziyyəti yüngül, digərlərinki orta ağır qiymtləndirilir. Vəziyyəti ağır olan yoxdur.

Son xəbərlər

Orphus sistemi