Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yaşayış binalarının həyətyanı sahəsində ağaclıq yanır - FOTO

Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yaşayış binalarının həyətyanı sahəsində ağaclıq yanır - FOTO Yanğınsöndürənlər yanğının söndürülməsinə və yaşayış binalarına keçməsinin qarşısını almağa çalışırlar
Hadisə
22 İyun , 2016 19:40
Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında yaşayış binalarının həyətyanı sahəsində ağaclıq yanır - FOTO

Bakı. 22 iyun. REPORT.AZ/ Metronun “Həzi Aslanov” stansiyası yaxınlığında, İlqar Zülfüqarov küçəsi, 136-148 ünvanında yerləşən yaşayış binalarının həyətyanı sahəsindəki ağaclıqda yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğınsöndürənlər alovun söndürülməsinə və yaşayış binalarına keçməsinin qarşısını almağa çalışırlar. 

Yanğının həyətyanı sahədəki saralmış otların yanması nəticəsində baş verdiyi bildirilir.  

Son xəbərlər

Orphus sistemi