Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün saat 15:40 radələrində "Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasında gənc qızın halı pisləşib. Hadisə yerinə dərhal Təcili tibbi yardımın əməkdaşları çağırılıb. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
"Gənc xanım ürəyində narahatlıq olduğunu deyib. Artıq onun vəziyyəti normaldır", - N.Paşayev bildirib.