Məşhur vəkilin fəaliyyəti dayandırılıb, onunla bağlı Baş Prokurorluğa müraciət göndərilib

Məşhur vəkilin fəaliyyəti dayandırılıb, onunla bağlı Baş Prokurorluğa müraciət göndərilib Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib
Hadisə
21 İyul , 2016 16:13
Məşhur vəkilin fəaliyyəti dayandırılıb, onunla bağlı Baş Prokurorluğa müraciət göndərilib

Bakı. 21 iyul. REPORT.AZ/ Vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Bu barədə "Report"a Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.

Onun sözlərinə görə, ötən gün VK-da keçirilən iclasda bu barədə qərar qəbul edilib: "Bu ilin yanvar ayından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə xanım heç bir əsas göstərmədən iclaslara qatılmayıb. O, iclaslara gəlməməsi ilə bağlı izahat belə yazmayıb.

Digər tərəfdən, o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb. 

Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Bunu artıq Baş Prokurorluq araşdıracaq".

Son xəbərlər

Orphus sistemi