Məşhur ticarət mərkəzində "Milli Ön" aparatından müəmmalı oğurluq olub

Məşhur ticarət mərkəzində "Milli Ön" aparatından müəmmalı oğurluq olub Aparat ticarət mərkəzinə heç bir ziyan vurulmadan açılıb
Hadisə
19 İyun , 2015 13:59
Məşhur ticarət mərkəzində Milli Ön aparatından müəmmalı oğurluq olub

Bakı. 19 iyun . REPORT.AZ/ Ötən gecə Lənkəran şəhərindəki "Makromart" ticarət mərkəzində oğurluq hadisəsi baş verib. "Report" xəbər verir ki, ticarət mərkəzindəki "Milli Ön" aparatından külli miqdarda pul oğurlanıb. 

Belə ki, ticarət mərkəzinə heç bir ziyan vurulmadan aparat açılıb və içərisindəki pullar götürülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Hadisə ilə bağlı ilkin tədqiqatlara başlanılıb.

Son xəbərlər

Orphus sistemi