Məhkəmədə mərhum İlhamə Quliyevanın nə qədər pulu olduğu açıqlanıb

Məhkəmədə mərhum İlhamə Quliyevanın nə qədər pulu olduğu açıqlanıb Mərhum müğənninin sabiq köməkçisinin məhkəməsi davam etdirilib
Hadisə
23 Avqust , 2016 12:11
Məhkəmədə mərhum İlhamə Quliyevanın nə qədər pulu olduğu açıqlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.

O, cinayət işində Vüqar Nadirovun çəkdiyi videogörüntünün sübut kimi qeyd edildiyini bildirib. Vəkil həmin videogörüntünün sübutlar siyahısından çıxarılmasını, bir neçə şəxsin məhkəmədə ifadə verməsini istəyib.

Bundan başqa, vəkil qeyd edib ki, istintaqda mərhum İlhamə Quliyevanın 2 milyon 707 min manat pulu və əmlakının olması barədə göstərilib: "Lakin bu, düzgün araşdırılmayıb".

Vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən şəxs məhkəmənin sonunda ifadə verəcəyini bildirib.

Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi