Bakı. 3 avqust. REPORT.AZ/ Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanıb.
Bu barədə "Report"a vəkil Vasif Mirzəyev məlumat verib.
Vəkilin sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses avqustun 15-nə təyin edilib.
Cinayət işi üzrə məhkəmə iclasına hakim Səbuhi Hüseynov sədrlik edəcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.