​Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb

​Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb Vəsatətlər təmin edilməyib
Hadisə
15 Avqust , 2016 12:36
​Mərhum İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi başlayıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim hakim Səbuhi Hüseynov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə M.Hüseyenovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinə xitam verilməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi