​Mənzildə köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib

​Mənzildə köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib Hadisələr Bakı və Sumqayıt şəhərlərində qeydə alınıb
Hadisə
31 Yanvar , 2015 22:45
​Mənzildə köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərlərində köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumatlara əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerlərinə cəlb olunublar.

FHN əməkdaşları Sumqayıtda yıxılmış vəziyyətdə olan ağır çəkili vətəndaşa müvafiq köməklik göstərərək mənzildə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bakının Pirallahı rayonunda isə dörtmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə 1 nəfər halsız vəziyyətdə aşkar edilib və o, Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.

Digər hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən insan faktoru aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi