Məhkəmədə çəkişən Azərbaycan şirkətləri barışıq sazişi imzalayıb

Məhkəmədə çəkişən Azərbaycan şirkətləri barışıq sazişi imzalayıb İş üzrə icraata xitam verilib
Hadisə
18 Mart , 2016 15:12
Məhkəmədə çəkişən Azərbaycan şirkətləri barışıq sazişi imzalayıb

Bakı. 18 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Holcim" (Azərbaycan) ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, barışıq sazişi təsdiq edilərək, qətnamə ləğv olunub. İş üzrə icraata xitam verilib.

Qeyd edək ki, ötən il "Holcim" (Azərbaycan) ASC "Azenco" ASC-ni məhkəməyə verib. "Holcim" alqı-satqı üzrə pulun ödənilməsi barədə tələb irəli sürüb. İddia olunan vəsaitin məbləği açıqlanmır.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini qismən təmin edib. Qərardan narazı qalan "Azenco" apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir.

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan “Azərenerji” ASC-nin tərkibində "Azərenerjitikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Son xəbərlər

Orphus sistemi