​Məhkəmə zalında həbs olunan şəxs Ali Məhkəməyə müraciət edib

​Məhkəmə zalında həbs olunan şəxs Ali Məhkəməyə müraciət edib Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb
Hadisə
21 Aprel , 2016 09:16
​Məhkəmə zalında həbs olunan şəxs Ali Məhkəməyə müraciət edib

Bakı. 21 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Vaqif Novruzov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ilkin qərardan kassasiya şikayəti verib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb. İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, quldurluq hadisəsi 2015-ci ildə Keşlə qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Vaqif Novruzov oğurluq məqsədilə evə girib və bu zaman mənzilin sahibi evdə olub. O, quldurluq yolu ilə mənzildən 70 manat pul götürüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Novruzov həbs edilib.

O, Cinayət Məcəlləsinin 180.2.3 (yaşayış sahəsinə, habelə binaya,anbara və ya başqa saxlac yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham olunub.

2016-cı il aprel ayının 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Novruzov 4 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan V.Novruzov Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi