​Məhkəmə “Veysəloğlu” şirkətindən şikayət üzrə qərarı elan edib

​Məhkəmə “Veysəloğlu” şirkətindən şikayət üzrə qərarı elan edib Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv olunub, ləğv olunan hissədə iddia qismən təmin edilib
Hadisə
7 May , 2016 10:18
​Məhkəmə “Veysəloğlu” şirkətindən şikayət üzrə qərarı elan edib

Bakı. 7 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qismən ləğv olunub, ləğv olunan hissədə iddia qismən təmin edilib. 

Qeyd edək ki, “Gəncə-Qənnadı” ASC “Veysəloğlu-Yaycılı-Qardaşlar” MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC əmtəə nişanından cavabdehin istifadə etməsinin qanunsuz hesab edilməsi, əmtəə nişanından qanunsuz istifadə nəticəsində vurulmuş zərərin ödənilməsi, “Çinar” adlı şokolad konfetlərinin ticarət dövriyyəsindən çıxarılması və istifadə olunan material və avadanlıqların məhv edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Lakin qərardan narazı qalan həm “Gəncə-Qənnadı” ASC, həm də “Veysəloğlu-Yaycılı-Qardaşlar” MMC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.
Üçüncü şəxslər qismində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göstərilib.

Son xəbərlər

Orphus sistemi