​Məhkəmə Ukraynada qəza törədən Azərbaycan vətəndaşına bəraət qazandırıb

​Məhkəmə Ukraynada qəza törədən Azərbaycan vətəndaşına bəraət qazandırıb Müttəhimə qarşı kifayət qədər sübut bazası olmayıb
Hadisə
13 Avqust , 2015 06:42
​Məhkəmə Ukraynada qəza törədən Azərbaycan vətəndaşına bəraət qazandırıb

Bakı. 13 Avqust. REPORT.AZ/ Ukraynanın Zaparojski vilayətinin Berdyansk şəhərində yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı məhkəmə tərəfindən bəraət alıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə iyulun 22-də səhər saatlarında Proletarsk prospektində qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Jeep" markalı avtomobil şəhər su kanalının yoluna düşüb.

Yol qəzasını törətməkdə şübhəli bilinən azərbaycanlı Ukrayna Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin Berdyansk şəhər rayon məhkəməsi məsələyə baxdıqdan sonra işə xitam verib və şübhəli şəxs günahsız bilinib.

Hakim Larisa Boqomolovanın katibi Natalya Rıbalkonun verdiyi məlumata görə, müttəhimə qarşı kifayət qədər sübut bazası olmayıb.

Son xəbərlər

Orphus sistemi