​Məhkəmə “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin edib

​Məhkəmə “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin edib Sonuncu prosesdə qərar çıxarılıb
Hadisə
25 Noyabr , 2015 10:37
​Məhkəmə “Texnikabank”ın işi ilə bağlı ekspertiza təyin edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “İnşaat Konstruksiyaları Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Texnikabank” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

"Report"un məlumatına görə, sonuncu prosesdə qərar çıxarılıb.

Qərara əsasən, işə baxılması üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, bu il “Texnikabank” ASC “İnşaat Konstruksiyaları Zavodu”nu məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərarla razılaşmayan “İnşaat Konstruksiyaları Zavodu” apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi