Məhkəmə tanışını bıçaqlayan qadına şərti cəza verib

Məhkəmə tanışını bıçaqlayan qadına şərti cəza verib Prokuror onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
1 Sentyabr , 2016 16:10
Məhkəmə tanışını bıçaqlayan qadına şərti cəza verib

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tamaşa Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmə T.Hüseynovaya 3 il sınaq müddəti olmaqla şərti cəza verib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında T.Hüseynovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 9-da paytaxtın Sabunçu qəsəbəsində yaşayan Tamaşa Hüseynova evində münaqişə zəminində tanışı Vüsal Səmədova bıçaqla xəsarət yetirib. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Hüseynova tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi