Məhkəmə Qiyas İbrahimovun vəsatətlərini təmin etməyib

Məhkəmə Qiyas İbrahimovun vəsatətlərini təmin etməyib Məhkəmənin hazırlıq iclası sentyabrın 27-də davam etdiriləcək
Hadisə
20 Sentyabr , 2016 17:18
Məhkəmə Qiyas İbrahimovun vəsatətlərini təmin etməyib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəməsinin hazırlıq iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatətlərlə çıxış edib.

O, cinayət işinə xitam verilməsini və əlavə şahidləri məhkəmə dəvət edib dindirilməsini istəyib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi