​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
1 İyul , 2016 09:35
​Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Fuad Nəcəf Valeh oğlunun barəsində olan bəraət hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəməsi başa çatıb.

“Report”un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, F.Nəcəf satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Nəsimi Rayon Məhkəməsi F.Nəcəfin barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. 

Son xəbərlər

Orphus sistemi